Yahoo!

Yahoo!
Loqonun şəkli
URL www.yahoo.com
Tipi Anonim şirkət
Müəllif (lər)
Açılma tarixi yanvar 1994
Alexa reytinqi
  • 10 (2 oktyabr 2019)[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yahoo — internet portalı.

Yahoo! (inc. yahu) - İnternetdə ən populyar axtarış sistemlərindən birinə sahib olan və Yahoo! Directory portalı vasitəsilə bir sıra xidmətlər göstərən şirkət. Portala ən “yaşlı” və ən populyar elektron poçt xidmətlərindən olan Yahoo! Mail də daxildir. Yahoo! şirkətinin əsası 1994-cü ildə Stenford Universitetinin aspirantları Devid Faylo (David Filo) və Cerri Yanq (Jerry Yang) tərəfindən qoyulub. Baş ofisi ABŞ-də, Kaliforniya ştatının Sanniveyl (Sunnyvale) şəhərində yerləşir. Veb-ünvanı: www.yahoo.com. Tut.: GOOGLE. 2007-ci ildə ABŞ Konqresinin Xarici İşlər Palatasının sədri Tom Lantosun təşəbbüsü ilə dinləmə keçirilmişdi. Həmin dinləmə Yahoo! şirkətinin 2002-ci ildə dissident Van Syaonin’in (Wang Xiaoning) poçt qutusundakı məlumatların Çin hakimiyyətinə verilməsi və həmin materiallar əsasında onun 10 il həbsə məhkum olunması ilə bağlı idi. Yahoo! təmsilçilərinin verdikləri cavablarından çox məyus olan Tom Lantos belə demişdi: “Texniki və maliyyə baxımından siz nəhəngsiniz, ancaq mənəviyyatca cırdansınız”.

  1. Alexa Internet (ing.). 1996.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search